Paşinyan etirazçılara qarşı “sərt davranacağına” söz verib

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin İrəvan küçələrində nümayişçilərə qarşı sərt davranacağını bildirib. Bu barədə TASS məlumat yayıb .
O, "sərt davranacağına” söz verdi, lakin qanun çərçivəsində. Paşinyan qeyd edib ki, həbslər aparılır, günahkarlar məsuliyyətə cəlb olunur.
www.anews.az
Onun sözlərinə görə, bəzi qüvvələr İrəvanda qan tökmək istəyirlər . Ermənistanın baş naziri qeyd edib ki, bunlar respublikanın keçmiş rəhbərlərindən birinin oğlu və Qarabağın yüksək rütbəli məmurları ilə əlaqəli "bəzi qruplar”dır.
"Onlar istəyirlər ki, hökumət İrəvan küçələrində qan töksün. Amma bu baş verməyəcək”, - Paşinyan qeyd edib.
Gülnar
www.anews.az