Paşinyan istefa verəcək - "B" planı işə salınır

19:45 | 21.09.2018
Paşinyan istefa verəcək -

Paşinyan istefa verəcək - "B" planı işə salınır

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrda istefa verəcək. Bununla da "B” planını işə salaraq noyabr-dekabr aylarında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olacaq.
 
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "Jamanak” qəzeti hökumətdəki etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Paşinyan gələn ilin yazınadək reytinqinin aşağı düşəcəyini çox gözəl dərk edir. Çünki həmin vaxt artıq onun hakimiyyətdə olmasının bir ili tamam olacaq və çətin ki, başı siyasi intiqama və kreslosunu möhkəmlətməyə qarışan Paşinyan sosial rifah və "iqtisadi bum”la bağlı erməni xalqına verdiyi çəhrayı vədləri yerinə yetirə bilsin. Bu səbəbdən də, yeni hakimiyyətin tərəfdarları ordusunun sayında əhəmiyyətli azalmalar baş verəcək. Bunu dərk edən Paşinyan qışda əhalinin inqilab ruhu soyumağa başlamadan, liderlik etdiyi hərəkatın reytinqindən istifadə edib payızda növbədənkənar seçkilərə gedəcək. Bununla da Respublikaçıların əl-qolunu bağlamağa çalışacaq. 

"Nikol Paşinyan anlayır ki, konstitusiya dəyişikliklərini həyata keçirə bilməyəcək. Çünki indiki tərkiblə parlament bu dəyişikliklərin lehinə səs verməyəcək. Belə olduqda, parlamentin yenidən formalaşdırılmasının yeganə yolu onun istefasıdır. Və parlament əksəriyyətinin – Respublikaçılar partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyan 24 saatlıq fasiləsiz mitinqlər təşkil edərək parlamentin binasını bloklamaq və minimum 2 həftə ərzində yeni iclasın çağırılmasına mane olmaq niyyətindədir. Paşinyan bu planının icrasına elə bu gündən də başlaya bilərdi. Sadəcə oktyabrda İrəvanda keçiriləcək beynəlxalq "Frankofoniya” sammiti onun yolunu kəsir”, – deyə "Jamanak”a məlumat ötürən mənbə vurğulayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM