Paşinyan KTMT-nı yenidən günahlandırıb

15:37 | 02.02.2024
Paşinyan KTMT-nı yenidən günahlandırıb

Paşinyan KTMT-nı yenidən günahlandırıb

Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ( KTMT ) ölkəni ən həlledici anda problemləri ilə baş-başa buraması iddiası ilə qınayıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb