• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Minsk qrupundan çıxmaq üçün şərtini açıqlayıb

Paşinyan Minsk qrupundan çıxmaq üçün şərtini açıqlayıb
31.01.2025 15:15
Ermənistan Azərbaycanın heç bir iddiası olmadığı halda ATƏT-in Minsk qrupunun ləğv edilməsinə hazır olduğunu bəyan edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfrasında deyib.  

"Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, o zaman münaqişəyə xidmət edən formatın mövcudluğunun nə mənası var. Amma əmin olmaq istəyirik ki, Azərbaycan, ATƏT-in Minsk Qrupunun buraxılması eyni məna daşıyır, həm də Azərbaycanın ATƏT-in Minsk Qrupunu buraxmaq istəyi formatı bağlamaq, sonra isə Ermənistana qarşı yeni ərazi iddiaları formalaşdırmaq məqsədi daşımasın”, - Paşinyan bildirib. 
 
Yanvarın 11-də Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir.
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində bildirib ki, sülh müqaviləsində əsas şərtlərdən də biri bu olmalıdır ki,  ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. 
 
"Bu qrup artıq funksional deyil və əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, bu qrup nəyə lazımdır? Ermənistanın Minsk Qrupunun ləğvinə razılıq verməməsi revanşist planların olduğunu göstərir", - Prezident bildirib. 
 
Gülnar Nazimqızı 
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Dünya 18:26
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
14 yaşlı şagird direktor və müəllimi güllələyib - Fransada
Dünya 16:39
14 yaşlı şagird direktor və müəllimi güllələyib - Fransada
Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqlədi
Dünya 12:27
Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqlədi
Kral Xalid aeroportunun fəaliyyəti dayandırıldı
Dünya 12:00
Kral Xalid aeroportunun fəaliyyəti dayandırıldı
Moskva Trampın enerji atəşkəsini hələ qəbul etməyib
Dünya 10:41
Moskva Trampın enerji atəşkəsini hələ qəbul etməyib
İran naviqasiya sistemləri söndürülmüş halda Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq edib
Dünya 23:54
İran naviqasiya sistemləri söndürülmüş halda Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq edib
SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
Dünya 22:30
SEPAH: Hörmüz boğazında üçüncü neft tankeri minaya düşüb
İsrail ordusu HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib
Dünya 20:00
İsrail ordusu HƏMAS-ın hərbi obyektlərinə zərbələr endirib
Tramp Rusiya və Ukraynanın enerji atəşkəsi barədə razılığa gəldiyini açıqlayıb
Dünya 19:35
Tramp Rusiya və Ukraynanın enerji atəşkəsi barədə razılığa gəldiyini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol