Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq regional tur çərçivəsində bu gün Ermənistana gedib.Stoltenberq İrəvanda baş nazir Paşinyanla görüşüb.Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Təkbətək görüşdə tərəflər İrəvan və Bakı arasında münasibətləri müzakirə edib,Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.
Onlar həmçinin Ermənistan-NATO qarşılıqlı fəaliyyəti məsələlərini nəzərdən keçirib, regional problemlər barədə danışıblar.
Bundan sonra tərəflər geniş tərkibdə görüşü davam etdiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !