Paşinyan Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

14:12 | 13.03.2023
Paşinyan Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

Paşinyan Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Rusiya prezidenti Vladimir Putinə zəng edib. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb. 
 
Paşinyan telefon danışığı zamanı Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını, eləcə də Qarabağdakı vəziyyəti müzakirə ediblər.
 
"Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün məlum sazişlərin bütün spektrinin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı addımlar nəzərdən keçirilib. Sülh müqaviləsi haqqında müzakirələr aparılıb”, - açıqlamada deyilir.

Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətin müzakirəsi zamanı Putin bütün yaranan məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətində həllinin vacibliyini vurğulayıb.


Martın 6-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şərhində bildirib ki, Rusiya Qarabağda gərginliyin artmasından ciddi narahatdır və tərəfləri təmkinli olmağa çağırıb.
 
Martın 5-də Qarabağda Erməni təxribatı nəticəsində baş vermiş insident zamanı həm ermənilər, həm də azərbaycanlılar həyatını itirib.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM