Ermənistanın baş naziri Nikol Paşinyan Belarusun hazırkı prezidenti Lukaşenkonun dövründə ora səfər etməyəcəyini açıqlayıb. Bu barədə ölkənin mətbuatı baş nazirə istinadan yazıb.
"KTMT lideri biri olan Lukaşenko Qarabağ müharibəsində Azərbaycana dəstək olduğunu açıqlayıb. Bəyan edirəm ki, onun prezident olduğu dövrdə bir daha Belarusiyaya səfər etməyəcəm. ", - baş nazir iyunun 13-də Parlamentdə çıxışında deyib.
Bu çıxışdan sonra baş nazir Belarusiyadakı Ermənistanın səfirini geri çağırıb.
Belarus prezdienti Lukaşenko mayın 15-də Azərbaycanda rəsmi səfərdə olub. Həmin müddətdə o Azərbaycan Prezidenti ilə birgə Qarabağa səfər edib. Səfər zamanı Azərbaycana dəstəyini ifadə edib və bildirib ki, müharibədən sonra Qarabağın bəərpasında köməklik göstərə bilər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !