Paşinyan Qarabağda müharibə istəyir

09:46 | 20.06.2019
Paşinyan Qarabağda müharibə istəyir

Paşinyan Qarabağda müharibə istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin  Vaşinqtonda planlaşdırılmış görüşü ərəfəsində növbəti davakar bəyanatla çıxış edib.

Virtualaz.org-un "Sputnik Armeniya”ya istinadən  məlumatına görə, N.Paşinyan bəyan edib ki, Qarabağda döyüş istənilən vaxt başlana bilər.
Nikol Paşinyan Azərbaycanı,  guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib və bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır.
"Nə Ermənistan, nə də Dağlıq Qarabağ müharibə istəmir, amma heç kim onları müharibə təhlükəsi ilə qorxuda bilməz və bunu başa düşmək vacibdir", - deyə baş nazir bildirib.

Virtualaz.org-un daha əvvəl bildirdiyi kimi, Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri hazırda Vaşinqtondadırlar və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparacaqlar. Bu danışıqların gündəliyi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün hazırlanmasıdır.
Vacib danışıqlar ərəfəsində Nikol Paşinyanın sərt ritorikalı çıxışı göstərir ki, o bunda maraqlı deyil və sülh prosesini pozmaq istəyir. N.Paşinyanın hərəkətləri Azərbaycanın tərəfdar olduğu etibar və dialoq platformasının bərpası üzrə səyləri heçə endirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb