Biz təmas xəttini sərhədlə əvəz etmək istəyirik.
"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Voskepar kəndinin (Azərbaycanın Əskipara kəndinə bitişik kənd) sakinləri ilə görüşdə deyib.
O əlavə edib ki, Azərbaycanla danışıqlar zamanı sərhədyanı kəndlərin sakinlərinin təhlükəsizliyinə təminat kimi məsələlər öz həllini tapacaq.
Azərbaycanın Qazax rayonunun 7 kəndi (4 bitişik, 3 eksklav) və Sədərək rayonunun 1 kəndi (eksklav Kərki kəndi) Ermənistanın nəzarəti altındadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !