Paşinyan referendum elan etdi

21:48 | 01.03.2021
Paşinyan referendum elan etdi

Paşinyan referendum elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.

Anews.az erməni mətbuatına isitnadən xəbər verir ki, tərəfdarlarının mitinqində çıxış edən erməni Baş nazirin sözlərinə görə, bu seçkilər erməni xalqının nə istədiyini göstərəcək:

"Siyasi qüvvələr erkən seçkilərlə bağlı təklifimizlə razılaşarsa, biz bu seçkilərə getməyə hazırıq. İstəyirəm ki, xalq belə bir imkanı qazansın. Mən parlamentdəki müxalifətə səslənirəm: gəlin erkən seçkilərə gedək”.

Paşinyan həmçinin, mitinq zamanı bildirib ki, oktyabrda yeni Konstitusiya və ya ona düzəlişlər barədə referendum keçiriləcək:

"2015-ci ildə qəbul edilib 2018-ci ildə qüvvəyə minən Konstitusiyada böyük çatışmazlıqlar var. Eyni zamanda o, böhran vəziyyətinin yaranması riskini daşıyır. Hesab edirik ki, yarı prezident idarəetmə formasına keçid ən yaxşı variantlardan biridir. Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir. Referenduma qədər parlamen özü Konstitusiyanın xalq səsverməsi tələb etməyən bir neçə maddəsinə düzəlişlər edə bilər”.

Qeyd edək ki, Ermənistan 2015-ci ildə keçirilmiş referenduma əsasən 2018-ci ildə yarı prezident idarəetmə formasından parlament idarə formasına keçib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb