Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona zəng etməsi xəbərini təkzib edib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Paşinyanın özü deyib.
"Belə bir şey olmayıb. Türkiyə ilə yeganə əlaqə Brüsseldə olub. O zaman Türkiyə xarici işlər naziri yanımızdan keçdi, sonradan geri dönüb bizimlə salamlaşdı”, – deyə o bildirib.
O, heç bir ölkə lideri, özəlliklə də Türkiyə lideri ilə gizli danışıqlar aparmaq niyyətində olmadığını deyib.
Qeyd edək ki, bundan öncə Türkiyə mətbuatı Ərdoğanın Paşinyana zəng etdiyi və ondan Qarsla sərhəddə saxlanılmış 16 yaşlı Türkiyə vətəndaşını Ankaraya geri verməsini istəməsi haqqında məlumat yaymışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !