Paşinyan üçtərəfli bəyanatdan imtinanı fəlakət adlandırdı

22:14 | 20.03.2021
Paşinyan üçtərəfli bəyanatdan imtinanı fəlakət adlandırdı

Paşinyan üçtərəfli bəyanatdan imtinanı fəlakət adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan imtinanı fəlakətə səbəb olacağını deyib.

Anews.az-ın verdiyi məlumata görə, o Ermənistanın Araqatsotn bölgəsinə səfəri çərçivəsində kəndlilərlə görüşdə deyib: "İndi deyillər ki xain hökumət (Ermənistan, iqtidar hakimiyyət - red.) getməlidir.
 
İmzaladığımız sənəddən (Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən ötən ilin noyabrında imzalanmış Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat - red.) imtina edəcəksinizmi? Xeyr deyirlər. Bu sənədi cırsaq fəlakət olacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM