Paşinyanın bu addımı bizi təəccübləndirdi - Əliyev

18:33 | 20.07.2024
Paşinyanın bu addımı bizi təəccübləndirdi - Əliyev

Paşinyanın bu addımı bizi təəccübləndirdi - Əliyev

Ermənistanın baş naziri Nikol Paşinyanın Londonda sülh danışığı ilə bağlı Azərbaycanla danışığa getməsindən imtinası Prezident İlham Əliyevi təəccübləndirib. Bu barədə Azərbaycan Prezidenti "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

"Paşinyan deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”,- Əliyev bildirib.

Bir neçə gün öncə Londonda Avropa Siyasi Birliyinin sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə danışığa getməkdən imtina edib. Azərbaycan tərəfi bunu Ermınistanın sülh müqaviləsi imzalanmasından imtina etməsi kimi qiymətləndirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti