Paşinyanın əleyhdarları İrəvanın mərkəzində mitinq keçirir

19:22 | 10.05.2024
Paşinyanın əleyhdarları İrəvanın mərkəzində mitinq keçirir

Paşinyanın əleyhdarları İrəvanın mərkəzində mitinq keçirir


Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları paytaxt İrəvanın mərkəzi respublika meydanında mitinq keçirir.Bu barədə "news.am” xəbər verir.
 
"Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları qarşısında çıxış edir.

Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM