• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Paşinyanın partiyası yeni hökuməti formalaşdıra biləcək - ÖZÜ AÇIQLADI

Paşinyanın partiyası yeni hökuməti formalaşdıra biləcək - ÖZÜ AÇIQLADI
21.06.2021 10:49
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğuna sahib olacaq.


Anews.az xəbər verir ki, bunu Paşinyan "Facebook” səhifəsində yazıb.


"MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, "Vətəndaş razılaşması” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər ) və mənim rəhbərliyim altında hökumət quracaq” – Paşinyan əlavə edib.


Onun sözlərinə görə, 105 mandatdan azı 71-nə sahib olacaqlar.


Bir daha xatıladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərdə 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 281 174 və ya 44,4 % səsvermədə iştirak edib.


Seçici fəallığı 49,4% olub.


MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.


"Şərəfim var” bloku 5,23% (66 633 seçici), "Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb. "Parlaq Ermənistan” 1,22% (15 557 seçici), Erməni Milli Konqresi 1,54% (19 647 seçici) səs toplayıb.(azvision)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol