• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI

Paşinyanın qarşısına hansı tələb qoyuldu? - Vyana görüşünün DETALLARI AÇILDI
06.04.2019 09:24
Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxıb.

Siyasi şərhçi, professor Fikrət Sadıqov da Publika.az-a açıqlamasında bildirir ki, Paşinyana qarşı bu davranış olduqca yerində və haqlıdır.

"Nikol Paşinyanın Vyanadan məğlub və yaxud qalib qayıtmasını deyə bilmərəm. Amma əliboş qayıtmasını israrla qeyd edə bilərəm. Çünki uzun müddət ərzində tamamilə başqa fikirlər irəli sürürdü, bəyanatlarla çıxış edirdi, formatı dəyişdirmək istəyirdi. Amma bu baş tutmadı. Nəinki alınmadı, format dəyişilmədi, hətta Vyanada ona konkret şəkildə işarə verildi ki, nələr əsas gündəmdə olan məsələlərdir. Yəni, Azərbaycanın torpaqları azad olunmalıdır. Düzdür, orada humanitar məsələlər bağlı müxtəlif müzakirələr də aparıldı. Amma bu humanitar məsələlər problemin ikinci tərəfidir. Orada rəhbərlər və Minsk qrupunun həmsədrləri ona görə yığışmamışdı ki, ancaq humanitar məsələləri müzakirə etsinlər. Əsas məsələlər bu problemin həllini tapması üçün ortaya qoyulmuş məsələlərdir. Bu problemin həlli üçün daha əvvəl qəbul olunmuş prinsiplər, o cümlədən, Madrid prinsipləri, münaqişənin həllinin mərhələli planı və s. Bundan başqa, Paşinyan çox istəyirdi ki, müzakirə ancaq Dağlıq Qarabağ ətrafında getsin və separatçılar da bu müzakirəyə qoşulsunlar. Ancaq bu Qarabağ klanının deyil, Ermənistanla Azərbaycanın münaqişəsidir. Bizim torpaqlarımızı işğal edən Ermənistan ordusudur. İndi də Qarabağda yerləşdirilən ordu Ermənistan vətəndaşlarıdır. Məsələ budur. Azərbaycan da, Minsk qrupu da Vyana görüşündə bir daha bu faktı təsdiqlədi. Ona görə əlbəttə ki, Ermənistanın siyasi və ekspert dairələri Paşinyana qarşı iddialar qaldırır, onu Azərbaycana təslim olması ilə ittiham edirlər. Reallıq da elə bundan ibarətdir”.

Politoloq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə də aydınlıq gətirib:

"Bu görüş ölkə rəhbərlərinin müvafiq tapşırıqları çərçivəsində həyata keçiriləcək. Vyana görüşündə belə bir qərar qəbul olunmuşdu ki, nazirlər görüşsün və bu zaman konkret təkliflər planı hazırlayıb ölkə rəhbərlərinə təqdim etsinlər. Düşünürəm ki, bu məsələlər ətrafında müzakirələr aparılacaq. Azərbaycanın mövqeyi aydın və şəffafdır. Amma mən düşünürəm ki, Ermənistanın xarici işlər naziri yenə də açıq müzakirələrdən qaçacaq, dolayı yollarla məsələni uzatmaq üçün digər problemləri qabağa çəkəcək. Ermənistanın konstruktiv mövqeyinə şübhə ilə yanaşıram”.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol