Paşinyanın təhlükəsizliyi üçün bu yola əl atdılar - Fotolar

18:12 | 15.09.2021
Ermənistan parlamentinin bu gün keçiriləcək iclasından öncə maraqlı hadisə yaşanıb.

"Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan iclas zalına gəlməzdən əvvəl masaların üzərindəki bütün su şüşələri yığışdırılıb.

Qeyd edək ki, Ermənistan parlamentinin son bir neçə iclası millət vəkilləri arasında düşən davalar ilə yadda qalıb. Sözügedən bu davaların birində millət vəkilləri bir-birinə şüşə butulkaları atmışdı.
 

 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM