Paşinyanla Əliyevin yaxın zamanda görüş planlaşdırılmır - Ermənistan KİV

15:35 | 23.11.2023
Paşinyanla Əliyevin yaxın zamanda görüş planlaşdırılmır - Ermənistan KİV

Paşinyanla Əliyevin yaxın zamanda görüş planlaşdırılmır - Ermənistan KİV

Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın vaxtlarda görüş planlaşdırılmır. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.

"Hələlik belə bir məlumat yoxdur”, - o mətbuata açıqlamasında deyib. 
 
Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü keçiriləcək. 
 
Görüşün keçirilməsi ilə bağlı ilk təklif Azərbaycandan tərəfindən irəli sürülüb. Ermənistan tərəfi bu görüşə noyabrın 22-də razılıq verib. 
 
Sentyabrın 19-da Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra reinteqrasiya ilə bağlı rəsmi sayt yaradılıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər, eləcə də Qarabağa getmək istəynlər həmin saytda qeydiyyatdan keçə bilər. 
 
Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 
 
Gülnar 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM