Paşinyanla Mişel Laçın yolundakı vəziyyəti müzakirə edib

14:22 | 30.03.2023
Paşinyanla Mişel Laçın yolundakı vəziyyəti müzakirə edib

Paşinyanla Mişel Laçın yolundakı vəziyyəti müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaq Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı aparıb və Laçın dəhlizi ilə bağlı məsələ müzakirə olunub. Bu barədə NEWS.am-da məlumat yayılıb.

Baş Nazirlikdən verilən məlumata görə, görüşdə son hadisələr, Ermənistan-Azərbaycan danışıqlar prosesi və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri vurğulayıblar.
 
Bu, son həftədə Paşinyanla Mişel arasında sayca ikinci telefon danışığıdır.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb