Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar

09:08 | 19.09.2019
Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar

Pasiyentin ünvanını soruşan həkimi küçədə zorladılar

Rusiyanın Saratov şəhərində qəribə zorlanma hadisəsi qeydə alınıb.
Küçədə pasiyentin ünvanını tapmaq üçün yardım istəyən həkim zorlanıb.
Axşam saatlarında 24 yaşlı həkim Zavokzalnı qəsəbəsində çağırışa gedib. O, lazım olan ünvanı tapa bilmədiyi üçün küçədə tanımadığı kişidən yardım istəyib. O isə lazım olan evə aparacağına söz verib.Tərəflər yaşayış olmayan yerə çatanda, kişi qadının boynundan tutaraq yerə yıxıb və zorlayıb.
Yerli KİV-in məlumatına görə, həkimi zorlayan şəxs 1964-cü il təvəllüdlü, səfil həyat tərzi sürən kişidir.
Həkim polisə müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda şübhəli şəxsin axtarışları davam edir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb