Küçədə pasiyentin ünvanını tapmaq üçün yardım istəyən həkim zorlanıb.
Axşam saatlarında 24 yaşlı həkim Zavokzalnı qəsəbəsində çağırışa gedib. O, lazım olan ünvanı tapa bilmədiyi üçün küçədə tanımadığı kişidən yardım istəyib. O isə lazım olan evə aparacağına söz verib.Tərəflər yaşayış olmayan yerə çatanda, kişi qadının boynundan tutaraq yerə yıxıb və zorlayıb.
Yerli KİV-in məlumatına görə, həkimi zorlayan şəxs 1964-cü il təvəllüdlü, səfil həyat tərzi sürən kişidir.
Həkim polisə müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda şübhəli şəxsin axtarışları davam edir
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !