Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrin bu işə töhfə verdiyi qeyd olunub.
Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !