Hazırda Fransada həbsdə olan telegramın yaradıcı Pavel Durov Nobel mükafatına namizəd olub.
Sənədləri komissiyaya Avrasiya Beynəlxalq Universitetinin rektoru Konstantin Klimenko göndərib. Konstantin Paveli yeni rəqəmsal texnologiyalar erasınınlideri hesab edir.
Bundan əlavə, o, Telegram-ın təsisçisini BRİKS-in Dubay investisiya konfransına məruzəçi kimi dəvət edib. Üstəlik, Fransada həbsdən azad olunmasa, konfransda uzaqdan iştirak edə biləcəyini yazıb.
Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan uçub.
Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.

Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !