Payızda tətil etməyin üstünlüyü nədir? – VİDEO

17:20 | 18.09.2017
Payızda tətil etməyin üstünlüyü nədir? – VİDEO

Payızda tətil etməyin üstünlüyü nədir? – VİDEO

Yay turizm mövsümü, demək olar ki, başa çatıb. Amma bir çox insan tətilini payız mövsümünə salıb. Əməkdaşlarımız da elə payızda tətili imkanlarını araşdırıb. Sən demə, bu mövsümdə istirahətin də öz üstünlükləri varmış.

anews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, yayda öz istirahətini səmərəli keçirənlərlə yanaşı, payız fəslində məzuniyyətə çıxanlar da az deyil. 

Onlar yay aylarına nisbətən daha ucuz qiymətə ölkədən xaricdə dincələ bilmək şansı qazanırlar. Məsələn, əgər yay aylarında qonşu Türkiyədə 600 manata istirahət etmək mümkün idisə, indi bu qiymət 30-40 % ucuzlaşıb. Seçimlər isə yenə də dəyişmir. Turizm şirkətlərindən birinin rəhbəri Nuray Quliyeva deyir ki, yerli turistlərimiz payız mövsümündə də qonşu ölkələrə üstünlük verirlər.

Turizm şirkətlərinin nümayəndələri deyir ki, bu ərəfələrdə xarici ölkələrə getməyin digər üstünlüyü isə geyim həvəskarlarına aiddir. Belə ki, adətən, bir çox mağazalar mövsüm dəyişikliyi ilə əlaqədar böyük endirimlər edirlər. Payızda xaricə səfər edənlərin bu endirimlərdən yararlanmaq imkanı olur.

Amma bununla yanaşı, Avropa ölkələrinə olan tur-paketlərdən istifadə edənlər də az deyil. Hətta bəzi yerli turistlər artıq indidən oktyabr-noyabr ayı üçün tur-paketlər sifariş ediblər. Payız turizmindən yararlananlar Antalyadan başqa, Kiyev, Budapeşt və digər şəhərləri də seçirlər. Elə paytaxt sakinləri də müxtəlif ölkələrdə dincəlməyə üstünlük verirlər.

Bundan başqa, yerli turistlər həm də ölkədaxili turlardan yararlanırlar. Payız fəslində də elə yay mövsümündə olduğu kimi, üstünlük şimal bölgəsində yerləşən Quba, Qusar rayonlarına verilir. Eyni zamanda, Şamaxı və Qəbələdə istirahətə üz tutanlar da olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM