Payızlıq əkinlərin sahəsi artıb - STATİSTİKA

09:53 | 23.01.2023
Payızlıq əkinlərin sahəsi artıb - STATİSTİKA

Payızlıq əkinlərin sahəsi artıb - STATİSTİKA

Bu il əkilən dən üçün payızlıq əkinlərin sahəsi ötən ilin təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxalıb. Bu barədə kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Bildirilir ki, bu il təsərrüfatda 1 milyon 44 min 700 hektar sahədə payızlıq taxıl əkini aparılıb.

Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.

2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 %-nə bərabərdir. Buğdanın əkin sahəsində ötən il ilə müqayisədə 1,1 %-lik artım müşahidə edilib.  2021-ci ildə ölkə üzrə buğda istehsalı isə 1,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artım deməkdir.
 
Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır.

Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.

Yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə martda start veriləcək.
 
Azərbaycanda 2022-ci ildə 964 min hektar sahədən əsas taxıl məhsulları yığılıb  ki, bunun da 933.5 min hektarını buğda və arpa sahələri təşkil edib. Ötən illə müqayisədə taxıl sahələri 14.3 min hektar və ya 1.5% azalıb.  

Dövlət Statistika Komitəsinin 2020-ci ildə hazırladığı ərzaq balansı məlumatlarına görə , Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.
 
Buğda istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib ki, bu da unun maya dəyərinin aşağı olmasına xidmət edir. Bundan əlavə, un və buğdanın hər tonunun ixracı üçün 200 dollar həcmində ixrac rüsumu tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb