Paytaxda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır

15:52 | 29.02.2024
Paytaxda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır

Paytaxda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır

Bakıda yaxın 5-7 ildə 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır. Bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov söyləyib.

""Bakı Metropoliteni" QSC-nin davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və qurumun Müşahidə Şurası onu təsdiq edib. Planda minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metrostansiyanın tikintisi layihəsinə üstünlük verilib",- Ruslan Əlixanov fevralın 29-da metroda keçirilən "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransında bildirib.
 
2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM