Paytaxt köçürüləcək

16:30 | 15.03.2015
Paytaxt köçürüləcək

Paytaxt köçürüləcək

Misirin paytaxtı Qahirədən başqa bir şəhərə köçürüləcək. ANS PRESS-in məlumatına görə, bunun üçün yeni şəhərin salınması planlaşdırılır. 

Ən maraqlısı isə odur ki, yeni şəhər indiki paytaxt Qahirədən 45 kilometr aralıda boş bir səhralıqda salınacaq. Layihənin birinci mərhələsinin dəyəri 45 milyard dollar olacaq. Onun reallaşdırılması isə 7 il çəkəcək. Bundan başqa, bütün nazirliklərin də yeni şəhərə köçürülməsi planlaşdırılır. Misir hakimiyyəti söz verib ki, gələcək paytaxtda dünyanın ən böyük parkı da salınacaq.

Qeyd edək ki, Misirin paytaxtının köçürülməsinə səbəb indiki paytaxtda əhalinin məkunlaşmasının çox yüksək olmasıdır. Afrikanın ən böyük meqapolisi olan hazırkı paytaxt Qahirədə 20 milyondan çox adam yaşayır.
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM