Paytaxt məktəblərində 50 məzun qızıl və gümüş nişana layiq görülüb

14:04 | 26.07.2024
Paytaxt məktəblərində 50 məzun qızıl və gümüş nişana layiq görülüb

Paytaxt məktəblərində 50 məzun qızıl və gümüş nişana layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb.

Bu barədə idarədən məlumat verilib. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri üzrə 5, 31, 42, 44, 60, 93, 104, 117 (2 nəfər), 182, 189-190 (2 nəfər), 212, 247 (2 nəfər), 269, 276, 281 (2 nəfər), 313 nömrəli tam orta məktəblərin, 287 nömrəli "Zəkalar” (3 nəfər), 72, 220, 246, 252 (2 nəfər) nömrəli məktəb-liseylərin, "Ankara məktəbi”nin, "Tərəqqi” texniki-humanitar liseyin (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin (4 nəfər), Məktəb-Lisey Kompleksinin şagirdləri qızıl, 1, 36, 60, 100, 114, 244, 295, 314 nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin, "Ankara məktəbi”nin, Məktəb-Lisey Kompleksinin, Humanitar fənlər təmayüllü məktəb-liseyin (2 nəfər), Texniki-humanitar liseyin şagirdləri isə gümüş nişanla təltif edilib.

Namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM