Çalışan və ya sadəcə məşğul valideynlər əksər hallarda məcburən övladlarını kimlərəsə həvalə edirlər. Bəs uşaqların təlim-tərbiyəsinin və təhlükəsizliyinin əhəmiyyətini nəzərə alsaq, övlad sahibi olub-olmamağından asılı olmayaraq Bakı sakinləri gələcəyimizi kimlərə etibar edirlər?
Milli.Az xəbər verir ki, "ACT Azərbaycan" bunu öyrənməyə çalışıb.
Rəyi öyrənilmiş 400 paytaxt sakininin yarıdan çoxu (60%) uşaqların yaxın qohumlara (nənə, xala, bibi) etibar olunmasını doğru sayır. Respondentlərin beşdə biri (21 %) körpələrin kiməsə etibar etmir. Uşaqları dayələrə həvalə edənlər sorğuda cəmi 1 % rəy qazana biliblər.
11% respondent üçün uşaqların bağçalara verilməsi məsələdən çıxış yoludur. Bəs körpələri bağçaya verərkən hansı müəssisələrə üstünlük verilir?
Uşaqların bağçalara etibar olunmasını deyənlərin böyük qismi (65 %) yalnız dövlət bağçalarını uşaqlar üçün münasib hesab edir. Respondenlərin beşdə biri (20 %) həm dövlət, həm də özəl bağçaları seçir. Yalnız özəl bağçaları balacalar üçün uyğun hesab edənlər 4 %-dir.
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !