Bakı Ağ şəhər layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun həyata keçirilir.
ANN.Az Lent.az-a istinadən xəbər veri ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən məlumat verilib. 4 giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri "Ağ şəhər"ə, digəri Azərbaycan Boks Federasiyasına, qalan ikisi isə Dənizkənarı Park istiqamətində olacaq. Keçiddə hər tərəfində 2-si olmaqla 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazırdır. Dənizkənarı Park istiqamətində isə 50 faiz işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !