• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Paytaxtda Novruz yarmarkaları başladı - QİYMƏTLƏR

Paytaxtda Novruz yarmarkaları başladı - QİYMƏTLƏR
03.03.2014 11:47

Martın 1-dən Bakının rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkalarının keçirilməsinə başlanıb.

Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

Yarmarkaların Novruz bayramı qabağı təşkilinin əhalinin alıcılıq qabiliyyətini artırmaq olduğu bildirilir.

Əməkdaşımız paytaxtın Xətai rayonunda, "Bakı" kinoteatrının yaxınlığında təşkil edilən yarmarkaya baş çəkib və qiymətlərlə maraqlanıb. Yarmarkaya daha çox meyvə-tərəvəzin çıxarıldığı ilk baxışdan diqqəti cəlb edir. Satıcılar deyirlər ki, bayrama görə qiymətlərdə ucuzluq müşahidə edilir. Elə alıcılar da yarmarkada ucuzluq olduğunu bildirirlər.Yarmarkada daha çox və daha ucuz olan alma idi, bu meyvənin kiloqramı 1 manata, çox hallarda isə 2-3 kiloqramı 1 manata təklif edilirdi. Ancaq burada kiloqramı 1 manata, 1 manat 50 qəpiyə də satılan alma var. Narın kilosu 1-2 manata təklif edilir. Mandarin və portağalın kilosu 1,20-1,50 manat arasıdır. Göyərtinin 6 dəstəsi 1 manatadır. Yumurta 11 qəpiyə satılır, kənd yumurtası isə 15-20 qəpiyədir. Kartof 80 qəpik-1 manata təklif edilir. Üç kilosu 2 manata satılan kartof da var. Soğanın isə kilosu 40-60 qəpiyədir. Pomidorun kilosu 1 manat, xiyarın isə 1 manat 70 qəpikdir. Qoyun ətinin kilosu 7 manata, mal ətinin isə 6 manatadır.

Yarmarkada səmənilər də artıq satışdadır. Ən kiçik səməninin qiyməti 1 manatdır. Ölçüsündən asılı olaraq səmənilərin qiyməti 10 manata qədər dəyişir.

Bayram bazarlığı üçün nəzərdə tutulan qoz-fındıq da artıq satışa çıxarılıb. Qabıqlı qozun kilosu 3 manatdan, fındıq 3-4 manatdan, şabalıd 5 manatdan təklif edilir. Fındıq ləpəsi 5 manatdan başlayır. Qozun isə kiloqramı 7-11 manat arası dəyişir. Ancaq 5 manata satılan qoz ləpəsinə də rast gəlmək mümkündür. Turşu, kişmiş, qaysı isə kiloqramı əsasən, 5-6 manatdan satışdadır. Satıcılar bildirirlər ki, yarmarkalarda ucuzluq səbəbindən həm də sıxlıq var: “Novruza qədər həm bizə, həm də alıcılara xeyir olacaq. Ucuzluqdur, yarmarkadan bazarlıq etmək daha sərfəlidir”. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri yarmarkalarda qiymətlərin bazardakından 20-30 faiz ucuz olduğunu bildirirlər. Yeri gəlmişkən, martın 1-də “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 12,7 ton məhsul, o cümlədən 0,6 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz və s. təklif olunub. Burada qiymət fərqi bazardakından 20-25 faiz olub. Burada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 45-50, yumurtanın 1 ədədi 11 qəpiyə və satılıb. Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 55,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilib. Yarmarkaya çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, badımcan, balqabaq, bibər, alma, armud, nar, heyva, göyərti və digər məhsullar üstünlük təşkil edib. Burada isə məhsulların bazarlardakından 25-30 faiz ucuz qiymətə satıldığı bildirilir."Yeni Müsavat"
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol