Bakıda daha bir küçə təmirə bağlanır.
Nəqliyyat Nazirliyi "Azərryolservis” ASC-dən verilən məlumata görə, dekabrın 10-dan 11-nə keçən gecə saat 00:00-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində tikinti işləri ilə əlaqədar 4 gün müddətinə nəqliyyatın hərəkəti dayandırılacaq.
Prospektin Böyük Şor yol qovşağından 20 yanvar və Qələbə kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi isə nəqliyyatın hərəkəti üçün tam açıq olacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !