Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib.
ANN.Az "Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovniki Cənnət Şeydayev xidməti avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib. Göstərilən tibbi yardımlara baxmayaraq, C.Şeydayev vəfat edib.
İlkin ehtimala görə, mərhum ürəktutmadan dünyasını dəyişib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !