Paytaxtda qanunsuz orqan satışı: “Böyrəyimi ehtiyacdan satıram” - VİDEO

15:07 | 24.04.2019
Paytaxtda qanunsuz orqan satışı: “Böyrəyimi ehtiyacdan satıram” - VİDEO

Paytaxtda qanunsuz orqan satışı: “Böyrəyimi ehtiyacdan satıram” - VİDEO

Böyrəyimi satıram, ciyərimi satıram və yaxud da hər hansı bir orqanımı satıram. Bu cür elanlara şəhərin müxtəlif yerlərində siz rast gələ bilərsiniz. Hətta bəzən bu elanda olduğu kimi qan qrupu da göstərilir. Səbəb isə müxtəlifdir. Bəs hər hansı bir insan öz orqanını sata bilərmi? Buna qanun nə deyir.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Adil Qeybulla - Həkim: "Bəziləri bunu yazmaqla, başqa məqsəd güdürlər. Bu, qətiyyən düzgün deyil, cinayətdir. Orqan yalnız və yalnız donor bankından götürülə bilər, ya ata-anadan, ya qardaş-bacıdan, ya kimsədən”.

Həmin elanlardan birində olan telefon nömrəsi ilə əlaqə saxladıq:

- Elanda yazılıb böyrəyinizi satırsınız.
- Bəli satıram.
- Niyə satırsınız?
- Ehtiyac üzündən.
- Sizin böyrək sağlamdır?
- Bilmirəm.


- Qiyməti nə qədər olacaq?
- Qiyməti görüşəndə danışarıq. Telefon söhbəti deyil.

Azərbaycanda orqan transplantasiyasına 2008-ci ilin dekabr ayında başlanılıb. Yad şəxsin isə donor olmasına icazə verilmir. Əgər maddi sövdələşmə varsa, bu, Azərbaycan qanunlarına uyğun deyil.

Samir Qasimov - Vəkil: "Orqan və toxumaların alqı-satqısı qadağandır. Məsələn böyrəyimi kiməsə pulla verim. Bu cür sövdələşmə kimdənsə qadağandır. Cinayət məcəlləsinin 137-ci maddəsinə əsasən müxtəlif cəzalarla, ən ağır halda isə 3 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnə bilər”.

Adil Qeybulla - Həkim: "Ümumiyyətlə orqan nəqli məsələsi qanunla tənzimlənən məsələ olmalıdır. Əvvəla bununla bağlı donor haqqında qanun layihəsi olmalıdır. Ölkədə şəbəkə yaradılmalıdır. Donor bankı yaradılmalıdır”.

Hazırda Milli Məclisdə orqan köçürülməsi ilə bağlı layihə müzakirə olunur.

Rəşad Mahmudov - Millət Vəkili: "İnsan orqan və toxumalarının transplantasiyası haqqında qanunun yeni forması artıq hazırdır. Bu qanunun Milli Məclisin növbəti plenar iclaslarında öz təsdiqini tapacaq”.

Səhiyyə nazirliyindən də bildirildi ki, ölkəmizdə orqan ticarəti, alış-verişi qanunla qadağandır və bu qanunu pozanlar Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb