Paytaxtda qeyri-adi park açılacaq - FOTO

12:45 | 04.08.2014
Paytaxtda qeyri-adi park açılacaq - FOTO

Paytaxtda qeyri-adi park açılacaq - FOTO

Bakının Pirallahı rayonunda yüksək texnologiyalar parkı tikiləcək (YT Park – YTP).ANN.Az xəbər verir ki, bu barədə Day.az-a rayon icra hakimiyyətindən bildirilib.Əldə olan məlumata əsasən parkın tikilməsinə 50 hektarlıq sahə ayrılıb. Layihə-smeta sənədləri üzərində iş başa çatır və bu yaxınlarda tikinti başlayacaq. Parkda yüksək texnologiya şirkətləri, elmi-tədqiqat mərkəzləri və digər obyektlər fəaliyyət göstərəcək.Qeyd edək ki, YTP-də İKT, kosmos, energetik effektivlik üzrə tədqiqat və texnoloji istehsalatı aparılacaq. İnfrastrukturun yaradılmasına dair tədbirlər və parkın fəaliyyətinin tənzimlənməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.Nazirlik, İqtisadi İnkişaf və Təhsil Nazirliyi, eləcə də Milli Elmlər Akademiyası ilə bərabər həm yerli, həm də xarici elmi-tədqiqat və innovasiya təşkilatları, elmi-tədqiqat və tədris idarələri ilə müştərək, elmi-tədqiqat və sınaq-konstruktor işlərinin koordinasiyasını yerinə yetirəcək.//Oxu.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM