Paytaxtda yeni yol istifadəyə verildi

09:48 | 01.12.2014
Paytaxtda yeni yol istifadəyə verildi

Paytaxtda yeni yol istifadəyə verildi

Paytaxtda daha bir yol istifadəyə verilib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə məlumata görə, Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, bir müddət öncə 20 Yanvar dairəsində aparılan təmir işləri ilə əlaqədar olaraq dairəyə giriş müvəqqəti bağlanmışdı.

Bir necə gün öncə Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində Kənar yolda təmir başalayıb. Bu yol da təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı. Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM