Bakıda qazın olmamasının səbəbi açıqlandı

16:01 | 26.04.2017
Bakıda qazın olmamasının səbəbi açıqlandı

Bakıda qazın olmamasının səbəbi açıqlandı

Bu gün səhər saatlarından paytaxtın bəzi ərazilərində təbii qazın verilişində məhdudiyyətlər yaranıb. Daha çox Suraxanı rayonu, Yasamal rayonu İnşaatçılar prospekti, Nəsimi rayonunda isə Səməd Vurğun, Cavadxan, Alı Mustafayev küçələrinin sakinləri bundan şikayətlənib. 

ANN.Az-ın məlumatına görə, İstiPress məhdudiyyətlərin səbəblərini öyrənmək üçün "Azəriqaz” İB-nə müraciət edib.

Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirdi ki, Yasamal rayonundakı məhdudiyyətlər həyata keçirilən təmir-bərpa işləri ilə bağlıdır. Nəsimi rayonunda isə məhdudiyyətə qaz sızması səbəb olub. Belə ki, bu gün səhər Alı Mustafayev, 62 ünvanında yeraltı qaz xəttində sızma qeydə alınıb. Buna görə ərazidə qazın verilişi dayandırılıb və təmir işləri həyata keçirilir.

O ki qaldı, Suraxanı rayonuna, İbrahim Kərbalayev bildirdi ki, orada qazın verilişində hər hansı məhdudiyyət yoxdur. Hansısa mənzilə qaz gəlmirsə, bu, lokal xarakter daşıyır. Odur ki, həmin vətəndaşlar problemlə bağlı "Azəriqaz” İB-nin 104 və 185 saylı qaynar xətlərinə zəng vuraraq məlumat versinlər. Dərhal qəza xidmətinin əməkdaşları ünvana yollanaraq problemi aradan qaldıracaqlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM