Vaxtilə burada bir çox səs-küylü ziyafətlər təşkil edilib.
Paytaxtın ən məşhur gecə klublarından olan “Həzz Klub” yerlə bir edilir.
ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, bir zamanlar Bakıda gecə həyatını sevənlərin daha çox toplaşdığı məkandan artıq quru sütunlar qalıb.
Vaxtilə burada bir çox səs-küylü ziyafətlər təşkil edilib, dünyanın məşhur qrupları və müğənniləri, o cümlədən DJ-lər burada konsertlər veriblər.
Qeyd edək ki, bir neçə il bundan öncə fəaliyyətə başlayan klub, keçmiş “Sevil” kinoteatrının yerində tikilmişdi.
Məşhur klubun sökülməsi ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirdilər ki, həmin yeri başqa bir şəxs alıb.
““Həzz klub”un ərazisini başqa bir adam alıb. İndi həmin şəxs klubu sökdürərək yerində başqa bir şey yaradacaq”.
ANN.Az