Pedofil rahib kilsədə intihar etdi

16:23 | 30.10.2014
Pedofil rahib kilsədə intihar etdi

Pedofil rahib kilsədə intihar etdi

İtaliyanın şimalında yerləşən kilsədə çalışan rahib keçmişdə 13 yaşlı bir qız uşağına təcavüzə məruz qoyduğunu etiraf etdikdən sonra özünü asaraq intihar edib.

ANN.Az saytı BBC-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 29-da olub. Trieste yaxınlığında yerləşən Santa Croce Kilsəsində çalışan 48 yaşlı rahib Maks Suard 18 il əvvəl 13 yaşlı qız uşağını zorladığını etiraf edib.  Kilsə daxili aparılan tədqiqat zamanı nəticələrin bu günlərdə veriləcəyi gözlənilirdi. Güman edilirdi ki, kilsə rahibin dini məbəddən uzaqlaşdırılması qərarını verəcək.Amma Suard bu qərarı gözləmədən dünən vida məktubu yazaraq kilsədə intihar edib.Bu hadisə ilə bağlı Triesta Yepiskopluğu hadisə ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada deylir ki, Yepiskopluq rahib Suardın günah işlədib, amma bu süçdan təmizlənmədən ölməsi faktından çox üzülür.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM