Pegasusla 3 prezident, 10 baş nazir və bir kral izlənilib

23:46 | 20.07.2021
"Washington Post»un yazdığına görə, İsrailin NSO Grup şirkətinin Pegasus proqramı vasitəsi ilə dünyada ən azı 3 prezident, 10 baş nazir, bir kral izlənilib.

"Ölkə.Az” mətbu orqanına istinadən xəbər verir ki, hazırda fəaliyyət göstərən prezidentlər bunlardır: "Fransa prezidenti Emanuel Makron, İraq prezidenti Bərham Saleh, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Pakistanın baş naziri İmran Xan, Misir baş naziri Mustafa Mabduli, Mərakeş baş naziri Saad-ad-Din əl-Usmani. Sabiq baş nazirlərdən Livanın sabiq baş naziri Saad Hariri, Ruqunda Ruxakana (Uqanda),  hazırda Avropa Şurasının prezidenti olan Belçikanın sabiq baş naziri  Şarl Mişeldir. Yeganə dinlənilən kral isə Mərakeşin karlı VI Muhəmməddir.

Bir müddət öncə xüsusi xidmət orqanları NSO Groupun proqramı əsasında dünyada  cinayətkarları, terrorçuları, hətta siyasətçiləri, biznesmenləri, müxalifətçiləri, fəalları və jurnalistləri izləmək üçün istifadə ediblər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM