Pele püşkatmadan imtina etdi

10:42 | 05.12.2013
Pele püşkatmadan imtina etdi

Pele püşkatmadan imtina etdi

Dünyanın əfsanəvi futbolçusu Pele 2014-cü ildə keçiriləcək dünya çempionatının püşkatmasında iştirakdan imtina edib. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «a tarde» xəbər yayıb. «Prezident Dilma Rusef (Braziliyanın prezidenti-red.) mənə püşkatmaya qatılmağımı təklif etdi. Mən əvvəllər bunu etmişəm. Ancaq bu dəfə imtina etməyə məcbur oldum. Braziliyanı çətin qrupa salan adam olmaq istəmirəm. Ancaq mən mərasimdə iştirak edəcəyəm»-deyə, Pele bildirib. Xatırladaq ki, püşkatma dekabrın 6-da saat 20.00-da keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb