Pele: "Argentina yığmasındakı başqa Messidir"

10:58 | 11.03.2014
Pele: "Argentina yığmasındakı başqa Messidir"

Pele: "Argentina yığmasındakı başqa Messidir"

Dünya futbolunun canlı əfsanəsi Pele yenidən Argentina millisinin hücumçusu Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan Pele Messinin Argentina yığmasında yaxşı oyun sərgiləmədiyini bildirib:"Barselona"da oynayan hər kəsin bildiyi Messidir. Ancaq Argentina millisində çıxış edən başqa Messidir. "Barselona"da iki super futbolçu - Xavi və İniyesta Messinin yaxşı oyun sərgiləməsinə kömək edir. Ancaq Argentina millisində fərqlidir. Çünki Messinin yığmadakı komanda yoldaşlarına uyğunlaşması çətindir. Onun əsl fərqi də budur".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM