Pelenin səhhəti ilə bağlı son durumu açıqlanıb

19:00 | 14.09.2021
Əməliyyat olunan əfsanəvi futbolçu Pelenin səhhəti ilə bağlı son durumu açıqlanıb.

Bu barədə 81 yaşlı sabiq hücumçunun qızı Keli Nasimentu instaqram hesabında bildirib.

O, atasının vəziyyətinin yaxşı olduğunu vurğulayıb: "Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır. 1-2 gündən sonra adi palataya küçürüləcək, sonra evinə gedəcək".

Pele sentyabrın 6-da bağırsağındakı şiş ucbatından əməliyyat olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM