Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yaydı

11:47 | 23.10.2017
Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yaydı

Penitensiar Xidmət iki məhkumun qaçması haqqında məlumat yaydı

Ədliyyə Nazirliyi Penitensiar Xidməti (PX) məhkumların qaçması haqqında məlumat yayıb.

PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı - Astara - Bakı  planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə. Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti