Penitensiar Xidmətdə Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilib

14:44 | 10.05.2017
Penitensiar Xidmətdə Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilib

Penitensiar Xidmətdə Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilib

Bu gün Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbir iştirakçıları Penitensiar xidmətin Tarix Muzeyində Heydər Əliyev guşəsi ilə tanış olublar. Tədbirdə çıxış edən xidmətin rəisi, ədliyyə nazirinin müavini, general-mayor Ceyhun Həsənov H. Əliyevin fəaliyyətindən danışıb. Bildirib ki, H. Əliyevin adı Azərbaycan tarixində xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılıb. C. Həsənov qeyd edib ki, H. Əliyev hələ sağlığında Ruzvelt, Corc Vaşington və digər dahilərlə müqayisə edilib. C. Həsənov Heydər Əliyev şəxsiyyətinin milyonların idealına çevrildiyini, onun xalqın rifahını yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmədiyini deyib. Bildirib ki, bu gün hər bir vətəndaşın borcu Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdan ibarətdir. C. Həsənov H. Əliyev irsinin bütün bəşəriyyət üçün töhvə olduğunu deyib: "Bu gün Heydər Əliyevin strateji xətti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan Qafqazın lider dövlətinə çevrilib".
 
Deputat, tarixçi alim Musa Qasımlı bildirib ki, H. Əliyevin haqqında saatlarla danışmaq, cildlərlə kitab yazmaq olar. M. Qasımlı H. Əliyevin Azərbaycan xalqının yetişdirdiyi ən böyük dahilərdən biri olduğunu qeyd edib. O, H. Əliyevin siyasi fəaliyyəti haqqında danışıb.
 
Sonda tədbir iştirakçıları H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izləyiblər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM