Pensiya alanların nəzərinə: “Əlavə faiz tutulmadan əldə edə bilərlər”

18:37 | 01.07.2020
Pensiya alanların nəzərinə: “Əlavə faiz tutulmadan əldə edə bilərlər”

Pensiya alanların nəzərinə: “Əlavə faiz tutulmadan əldə edə bilərlər”

COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də, ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də, "Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından əldə edə bilərlər.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb. 
Bildirilib ki, bu zaman həmin şəxslərdən hər hansı faiz tutulmayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM