Pensiya islahatı: Fransanın yenidən iflic vəziyyətinə düşəcəyi gözlənilir

Fransada pensiya islahatlarına qarşı tətil və nümayişlər yenidən başlanıb. İyunun 6-na elan edilmiş etiraz nümayişinin ölkə həyatını yenidən iflic edəcəyi gözlənilir.
Mülki Aviasiya Baş İdarəsi bir çox uçuşların ləğv ediləcəyini bildirib.
Paris-Orli hava limanında iyunun 6-na nəzərdə tutulan hər üç uçuşdan biri ləğv edilib. Həmçinin Lion, Marsel, Nitsa, Tuluz, Bordo, Nant şəhərlərində uçuşların ləğv edilməsinin böyük narahatlıq yaradacağı qeyd edilir. Bildirilir ki, uçuşlar dispetçerlərin pensiya islahatlarına qarşı tətilə qatıldıqları üçün ləğv olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 