Pensiyaçılar üçün ən yaxşı ölkələr - SİYAHI

20:35 | 07.01.2014
Pensiyaçılar üçün ən yaxşı ölkələr - SİYAHI

Pensiyaçılar üçün ən yaxşı ölkələr - SİYAHI

Pensiya yaşına çatıb xoşbəxt yaşamaq üçün ən uğurlu ölkələrdən biri Panamadır. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda ABŞ-da nəşr olunan “Forbes” jurnalında yazılıb. Bu Cənubi Amerika ölkəsi “International Living” saytının müxbirlərinin  məlumatları əsasında müəyyənləşdirilən pensiyaçılar üçün ən yaxşı ölkələrin reytinqində birinci yeri tutub. Birincilik Panamaya ona görə verilib ki, ölkənin rezidenti olmaq çox sadədir. “Forbes” qeyd edir ki, bunun üçün sadəcə yerli bankda 5 min dollarlıq hesab açdırmaq lazımdır, eləcə də üç şərtə - daşınmaz mülkiyyət sahibi olmaq, şəxsi biznesini qurmaq, yaxud işə düzəlmək - əməl etmək lazımdır. Bundan əlavə, bu Cənubi Amerika ölkəsinin havası gözəldir, iqtisadiyyatı möhkəmdir və hökuməti stabildir.Siyahıda ikinci yerdə Ekvador, ardınca Malayziya gəlir. Pensiyaçılar üçün ən yaxşı hesab olunan 15 ölkə arasında qalanlar bunlardır: Kosta-Rika, İspaniya, Kolumbiya, Meksika, Malta, Uruqvay, Tailand, İrlandiya, Yeni Zellandiya, Nikaraqua, İtaliya və Portuqaliya.   ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM