Pensiyaların orta aylıq məbləği 363 manata çatıb

10:08 | 16.04.2022
Pensiyaların orta aylıq məbləği 363 manata çatıb

Pensiyaların orta aylıq məbləği 363 manata çatıb

Bu ilin yanvar-martında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata çatıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmçinin, yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb.

Son üç ildə minimum pensiya 2,2 dəfə artıb. Həmçinin 2018-ci ildən ötən dövrdə orta aylıq pensiyada 75 faiz, o cümlədən yaşa görə orta aylıq pensiyada 70 faiz artım baş verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM