ABŞ ordusu gələn iki il ərzində 4 min hərbçini və 17 min mülki işçini ixtisar etməyi planlaşdırır. İyulun 7-də müdafiə rəsmilərinin verdiyi məlumata görə, bu, bütün yerli və xarici postlara təsir göstərəcək.
Ordunun 490 min əsgəri 450 minə salınacaq. Bu, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsinə qoşulandan bəri ən kiçik rəqəmdir.
İxtisarlar barədə ilk dəfə ötən ilin fevralında məlumat verilib.
Rəsmilər USA Today-ə bu planın həyata keçiriləcəyini təsdiqləyiblər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !